Repetitorlar və tədris mərkəzləri üçün idarəetmə sistemi

EduPortal-da öz tələbələrinizi və dərslərinizi idarə edin: cədvəl hazırlayın, davamiyyəti elektron jurnalda qeyd edin, test və ev tapşırığı verin. Fərdi məşğələlərdən bir neçə filialı olan kursa qədər tədris işlərinizi bir yerdə toplayın, nəticələri valideynlərlə paylaşın.

Nümunə

Panel

AM

Aylin müəllim

Gözləyən istifadəçilər3
Əlavə et

Cari plan

Aktiv istifadəçilər86 / 250
Yaddaş68 GB / 1 TB
Siniflər24 / 50
Filiallar2 / 5

Yaxınlaşan onlayn dərslər

1 / 3
Okt19B.e.
NövbətiBu gün · 09:30

Riyaziyyat · Qrup A

Zoom

Son bitən tapşırıqlar

1 / 4
Okt18B.
Dünən

Kvadrat tənliklər

Riyaziyyat · Qrup A
23:59 bitdi

Yaxınlaşan imtahanlar

1 / 2
Okt20Ç.a.
Sabah

Mövzu imtahanı

İngilis dili · Qrup A
10:00 başlayır

Son açılan siniflər

1 / 5
İQ
Bu gün

İngilis dili · Qrup A

İngilis dili

Son açılan tədris sahələri

1 / 3
R
Dünən

Riyaziyyat

Fərdi dərslərdən tədris mərkəzinə qədər

İstər tək dərs deyin, istər tədris mərkəzinə rəhbərlik edin, dərslərinizi eyni platformadan idarə edə bilərsiniz.

  1. Müəllim
  2. Siniflər
  3. Tələbələr

Repetitorlar və fərdi müəllimlər

Öz dərslərinizi rahat idarə edin

Repetitor və ya fərdi müəllim kimi tələbələrinizi, qrup dərslərinizi və materiallarınızı eyni hesabda toplayın.

  • İnterfeys fərdi müəllimin gündəlik işinə uyğun sadələşdirilir
  • Geniş idarəetmə alətləri ilə yüklənmədən dərslərinizə fokuslanırsınız
  • Tələbə və qrup sayı artdıqca paketinizi böyüdürsünüz
  • Kursa çevrildikdə hesab növünü dəyişirsiniz, məlumatlarınız yerində qalır
Tədrisə başlayın
  1. Kurs
  2. Filiallar
  3. Siniflər
  4. Tələbələr və komanda

Kurslar və tədris mərkəzləri

Filiallarınız və əməkdaşlarınız bir paneldə

Filialları, müəllimləri və tələbələri bir yerdən idarə edin. Hər əməkdaşın hansı məlumatlarla işləyə biləcəyini və hansı əməliyyatları edə biləcəyini müəyyənləşdirin.

  • İnterfeys komandası və filialları olan tədris mərkəzinə uyğun genişlənir
  • Komanda, rol və filial idarəetməsi paneldə hər zaman görünür
  • Yeni filial və əməkdaş əlavə etdikcə paketinizi ehtiyaca görə dəyişirsiniz
  • Sadə görünüş lazım olsa, hesab növünü istənilən vaxt geri dəyişə bilərsiniz
Kurs yaradın

Qeydiyyatdan sonra fərdi müəllim və ya kurs sahibi kimi davam etməyi seçirsiniz. İdarəetmə panelini dəyişməyə görə ayrıca ödəniş alınmır; seçdiyiniz paketin qiyməti və istifadə hədləri qüvvədə qalır.

Ödənişsiz paket$0.00/ay

aktiv istifadəçi
11
aktiv sinif
5
yaddaş
10 GB

Vaxt məhdudiyyəti olmadan ödənişsiz başlayın

İlk qruplarınızı yaradın, davamiyyət, test və tapşırıq işlərini öz dərslərinizdə sınayın. Ödənişli paketə keçmək məcburi deyil. İstifadəçi həddi tələbələri və əməkdaşları əhatə edir; daha çox yer və ya yaddaş lazım olduqda uyğun paketi seçə bilərsiniz.

Paketləri və istifadə hədlərini müqayisə edin

ƏvvəlHər valideynə ayrıca hesabat yazıram.

İndi

Valideynlər gündəliyi özləri izləyir

Dərsdə qeyd etdiyiniz davamiyyət, ev tapşırıqları, imtahan nəticələri və qeydləriniz şagirdin gündəliyinə düşür. Valideyn hamısını oradan görür, ayrıca hesabat hazırlamağa ehtiyac qalmır.

  1. 1

    Şagird gündəliyin keçidini kopyalayır

  2. 2

    Keçidi valideynə göndərir

  3. 3

    Valideyn hesaba daxil olmadan baxır

Paylaşılan keçid 24 saat qüvvədə qalır, şagird onu istənilən vaxt ləğv edə bilər.

Nümunə görünüş
Gündəliyimin keçidini göndərirəmeduportal.az/az/gundelik#…
24 saat
AMAylin MəmmədovaHesaba daxil olmaq lazım deyil

Riyaziyyat

Qrup A

Son 7 gün

92Övladınız

81Sinif ortalaması

Bütün dövr

86Övladınız

79Sinif ortalaması

Bazar ertəsi19 oktyabr

  • Davamiyyətİştirak edib
  • Kvadrat tənliklərTəhvil verilib
    90
  • Mövzu imtahanıQiymətləndirilibMövzunu yaxşı mənimsəyib. Belə davam etsin!
    95
  • Dərs videosuTəxminən 80% izlənib
  • Dərs materialı3 dəfə istifadə edilib

Valideyn keçidi açır və şagirdin gündəliyinə baxır. Keçid 24 saat qüvvədədir.

Sualları hazırlayın, yoxlamanı sistem etsin

İmtahanı səkkiz sual növü ilə qurun. Tələbə vaxt sayğacı ilə cavablayır, test cavabları dərhal yoxlanılır, açıq cavablar isə sizin qiymətləndirməniz üçün gözləyir.

  • Sualların və cavab variantlarının ardıcıllığını qarışdırın, əvvəlki suallara qayıtmağa icazə verin
  • Keçid balını təyin edin, nəticələrin və düzgün cavabların nə vaxt görünəcəyini seçin
  • İmtahanı şablon kimi saxlayıb başqa siniflərdə istifadə edin; şablonu yeniləsəniz, əlaqəli imtahanlar da yenilənir

Mövzu imtahanı

Riyaziyyat · Qrup A

Qalan vaxt18:42

x² − 5x + 6 = 0 tənliyinin kökləri hansılardır?

5 bal
Avtomatik yoxlanılır

Ev tapşırıqları söhbətlərdə itmir

Tapşırığı son vaxtla verin. Kimin vaxtında göndərdiyi, kimin gecikdiyi və kimin göndərmədiyi bir siyahıda görünür. İşi açın, qiymət verin və yazılı rəy bildirin.

  • Tapşırığa izah və fayllar əlavə edin
  • Son vaxtdan sonra göndərilən işləri qəbul edib-etməyəcəyinizi seçin
  • Tələbə qiymətini və rəyinizi öz hesabında görür

Kvadrat tənliklər

Riyaziyyat · Qrup A

Aylin Məmmədova

Təqdim edilib
kvadrat-tenlikler.pdf

Hər üç tənliyi diskriminant ilə həll etdim, sonda yoxlama apardım.

Davamiyyəti qeyd edin, statistika özü toplansın

Hər tələbə üçün iştirak, gecikmə və ya buraxma seçin. Sinif və tələbə göstəriciləri qeyd etdikcə yenilənir.

  • Gecikmənin neçə dəqiqə olduğunu və qeydinizi yazın
  • Hər tələbənin davamiyyət tarixçəsinə istənilən vaxt baxın
  • İmtahan nəticələri, orta bal və keçid faizi eyni statistikada

Riyaziyyat · Qrup A

  • Aylin Məmmədova
  • Murad Həsənov
  • Nərmin Əliyeva
  • Tural İsmayılov
  • Leyla Quliyeva
580%
  • İştirak edib360%
  • Gecikib120%
  • Üzrlü00%
  • Üzrsüz120%
Orta bal78
Keçid faizi86%

Hər kəs öz işinə lazım olanı görür

Sahibkar, menecer, müəllim və tələbə eyni platformaya daxil olur, amma hər biri yalnız roluna uyğun bölmələri görür.

  • Sahibkar tədris mərkəzinin profilini, filialları və abunəliyi idarə edir
  • Menecer öz filialının istifadəçiləri, sinifləri və kursları ilə işləyir
  • Müəllim və tələbə idarəetmə bölmələri ilə yüklənmədən öz dərslərinə keçir

Səbinə Rəhimova

Sahibkar
  • Panel
  • İstifadəçi idarəetməsi
  • Siniflər
  • İmtahanlar
  • Tədris sahələri

Kurs parametrləri

  • Kurs profili
  • Statistikalar
  • Filiallar
  • Abunəliklər

9 bölmə

Dərsləriniz üçün lazım olan alətlər bir yerdə

Dərsləri planlaşdırın, tapşırıq və imtahan verin, tələbələrin davamiyyətini və nəticələrini izləyin.

Tədris

Dərs cədvəli, onlayn görüşlər və tədris materialları hər sinif üçün bir yerdədir.

  • Tədris sahələri və siniflər

    Fənn və istiqamətlər üzrə tədris sahələri yaradın, sinifləri və materialları onlara uyğun təşkil edin.
    Tədris sahələri
    Fənn və istiqamətlər üzrə tədris sahələri yaradın, əlaqəli sinifləri həmin sahədə birləşdirin.
    Siniflər və qruplar
    Tələbələri sinif və qruplara ayırın. Hər qrupun dərslərini, tapşırıqlarını, materiallarını və imtahanlarını ayrıca idarə edin.
    Dərs cədvəli
    Həftənin günlərini, dərslərin başlama və bitmə saatlarını seçərək sinif üçün dərs cədvəli hazırlayın.
    Sinfə dəvət və qoşulma keçidləri
    Tələbələrə dəvət göndərin və ya qoşulma keçidini paylaşın. Hər tələbəni dərs keçəcəyi sinfə əlavə edin.
  • Canlı onlayn dərslər

    Zoom və ya Google Meet hesabınızı qoşun, sinif üçün onlayn dərs planlaşdırın.
    Onlayn dərslərin planlaşdırılması
    Sinif üçün onlayn dərsin tarix və saatını seçin. Görüş məlumatları həmin sinifdə saxlanılsın.
    Zoom hesabının qoşulması
    Zoom hesabınızı qoşub sinif üçün görüş yaradın. Görüşün imkanları qoşduğunuz Zoom hesabının şərtlərindən asılıdır.
    Google Meet hesabının qoşulması
    Google hesabınızı qoşub sinif üçün Google Meet görüşü yaradın. Görüşün imkanları həmin hesabın şərtlərindən asılıdır.
    Dərsə qoşulma keçidləri
    Görüş keçidini sinifdə paylaşın ki, tələbələr onlayn dərsə haradan qoşulacaqlarını asanlıqla tapsınlar.
  • Dərs videoları

    Tələbələr paylaşdığınız videolara dərsdən sonra da baxa, mövzunu təkrar edə bilirlər.
    Dərs videolarının paylaşılması
    Dərs videolarını sinfə yükləyin və tələbələrlə paylaşın. Onlar videolara dərsdən sonra da baxa bilsinlər.
    Dərs materialları və fayllar
    Dərs materiallarını və faylları sinifdə toplayın. Tələbələr lazım olan materialı eyni yerdən tapsınlar.
    Fayllara əvvəlcədən baxış
    Dəstəklənən fayllara əvvəlcədən baxın. Baxış imkanları faylın formatından asılıdır.
    Materialların kimə görünəcəyini seçmək
    Sinifdəki materialların tələbələrə görünüb-görünməyəcəyini seçin.

Qiymətləndirmə

İmtahan nəticələri, tapşırıqlar və davamiyyət sinif üzrə toplanır. Tədrisin sonunda tələbələr üçün sertifikat da hazırlaya bilərsiniz.

  • İmtahanlar

    Test cavablarını avtomatik yoxlayın, açıq cavabları isə özünüz qiymətləndirin.
    Say məhdudiyyəti olmadan imtahanlar
    Sinifləriniz üçün ayrıca say məhdudiyyəti olmadan imtahan yaradın. Aktiv istifadəçi, sinif və yaddaş hədləri seçdiyiniz paketdən asılıdır.
    İmtahanı qaralama kimi saxlamaq və yayımlamaq
    İmtahanı əvvəlcə qaralama kimi saxlayın. Sualları və digər məlumatları tamamladıqdan sonra yayımlayın.
    Başlama və bitmə vaxtı
    İmtahanın başlama və bitmə vaxtını seçin. Tələbələr təyin etdiyiniz vaxt ərzində imtahana qoşula bilərlər.
    İmtahana ayrılan vaxt
    Tələbələrin suallara cavab verməsi üçün ayrılan vaxtı təyin edin.
    İmtahana gec qoşulma qaydaları
    Gecikən tələbənin imtahana qoşulub-qoşula bilməyəcəyini və gecikmə üçün icazə verilən müddəti seçin.
    Bir düzgün cavablı testlər
    Cavab variantlarından yalnız birinin düzgün olduğu testlər hazırlayın. Sistem tələbənin seçimini avtomatik yoxlayır.
    Bir neçə düzgün cavablı testlər
    Bir neçə düzgün cavabı olan testlər hazırlayın və tələbənin seçdiyi variantları qiymətləndirin.
    Açıq cavablı suallar
    Tələbənin cavabını yazılı şəkildə təqdim etdiyi suallar verin. Bu cavabları müəllim yoxlayır və qiymətləndirir.
    Boşluqları doldurma sualları
    Tələbədən mətndəki boşluqları uyğun cavablarla doldurmasını istəyən suallar hazırlayın.
    Doğru və yanlış cavablı suallar
    İfadənin doğru və ya yanlış olduğunu müəyyənləşdirməyə aid suallar yaradın.
    Doğru, yanlış və verilməyib cavablı suallar
    Mətnə əsasən doğru, yanlış və ya verilməyib cavablarından birinin seçildiyi suallar hazırlayın.
    Uyğunlaşdırma sualları
    Tələbədən əlaqəli anlayışları, ifadələri və ya cavabları bir-birinə uyğunlaşdırmasını istəyin.
    Ardıcıllıq sualları
    Tələbədən verilənləri düzgün ardıcıllıqla yerləşdirməsini istəyən suallar hazırlayın.
    Suallara şəkil, səs və video əlavə etmək
    Suallara şəkil, səs və video əlavə edin. Dinləmə, mətn və görüntü əsasında tapşırıqlar hazırlayın.
    Sualların ardıcıllığını qarışdırmaq
    Sualların ardıcıllığını qarışdırın ki, tələbələr eyni imtahanın suallarını fərqli sırada görsünlər.
    Cavab variantlarını qarışdırmaq
    Bu imkanı dəstəkləyən suallarda cavab variantlarının ardıcıllığını qarışdırın.
    Əvvəlki suallara qayıtmağa icazə
    Tələbənin imtahan zamanı əvvəlki suallara qayıdıb-qayıda bilməyəcəyini müəyyənləşdirin.
    Test cavablarının avtomatik yoxlanması
    Sistem avtomatik yoxlana bilən test cavablarını qiymətləndirir. Beləliklə, müəllimin yoxlamaya sərf etdiyi vaxt azalır.
    Açıq cavabların müəllim tərəfindən qiymətləndirilməsi
    Açıq cavabları oxuyun, bal verin və lazım olduqda tələbəyə yazılı rəy bildirin.
    Keçid balı
    İmtahandan keçmək üçün tələb olunan minimum balı təyin edin.
    Nəticələrin və düzgün cavabların açıqlanması
    Tələbənin öz balını və düzgün cavabları nə vaxt görə biləcəyini seçin.
    Vaxt bitdikdə cavabların avtomatik göndərilməsi
    İmtahana ayrılan vaxt bitdikdə tələbənin həmin anadək verdiyi cavablar avtomatik göndərilir.
  • İmtahan şablonları və imtahan bankı

    İmtahanları şablon kimi saxlayın və istənilən sinif üçün yenidən istifadə edin.
    Şəxsi imtahan şablonları
    Şəxsi imtahan şablonları hazırlayın, eyni suallardan növbəti imtahanlarda yenidən istifadə edin.
    Ümumi imtahan bankı
    Təkrar istifadə olunacaq imtahanları ümumi imtahan bankında bir yerdə saxlayın.
    Şablondan sinif imtahanı yaratmaq
    Hazır şablondan sinif üçün imtahan yaradın. Eyni sualları hər dəfə yenidən daxil etməyə ehtiyac qalmasın.
    Şablon suallarını və əlaqəli imtahanları yeniləmək
    Şablondakı sualları yeniləyin və dəyişiklikləri əlaqəli imtahanlara tətbiq edin.
  • Ev tapşırıqları və müəllim rəyi

    Tapşırıq verin, göndərilən işləri yoxlayın və tələbəyə yazılı rəy bildirin.
    Sinif üçün ev tapşırığı
    Sinif üçün ev tapşırığı hazırlayın. Tələbələr görüləcək işi öz siniflərində görsünlər.
    Tapşırığın izahı və əlavə fayllar
    Tapşırığın şərtini və izahını yazın, lazım olan faylları əlavə edin.
    İşin göndərilməsi üçün son vaxt
    Tələbələrin işi göndərməsi üçün son tarix və saatı müəyyənləşdirin.
    Gecikmiş işlərin qəbulu
    Gecikmiş işlərin qəbul olunub-olunmayacağını və əlavə vaxtı seçin.
    İşlərin yoxlanması və müəllim rəyi
    Göndərilən işləri yoxlayın, qiymət verin və tələbəyə nələri yaxşılaşdıra biləcəyini yazın.
  • Davamiyyət

    Dərsdə iştirak edənləri, gecikənləri və dərsi buraxanları qeyd edin.
    Tarix və saat üzrə davamiyyət qeydləri
    Hər dərsin tarix və saatına uyğun davamiyyət qeydi yaradın.
    İştirak, gecikmə və dərs buraxma halları
    İştirak edənləri, gecikənləri, dərsi üzrlü və ya üzrsüz səbəbdən buraxanları ayrıca qeyd edin.
    Müəllimin davamiyyət qeydləri
    Davamiyyət qeydinə tələbənin iştirakı və ya dərsdəki vəziyyəti barədə əlavə izah yazın.
    Tələbənin davamiyyət tarixçəsi
    Əvvəlki dərslərin davamiyyətinə baxın, tələbənin gecikdiyi və buraxdığı dərsləri izləyin.
  • Tədris statistikası

    Davamiyyət, imtahan nəticələri və video baxışları sinif və tələbə üzrə görünür.
    Tədris mərkəzi, sinif və tələbə göstəriciləri
    Tədris mərkəzi, sinif və tələbə üzrə göstəricilərə baxın. Gündəlik işi və nəticələri bu məlumatlar əsasında izləyin.
    Davamiyyət və iştirak faizi
    İştirak faizinə və davamiyyət qeydlərinə baxaraq tələbənin dərslərdə iştirakını izləyin.
    İmtahan nəticələri, orta bal və keçid faizi
    İmtahan nəticələrini, orta balı və keçid faizini sinif və tələbə üzrə müqayisə edin.
    Dərs videolarına baxış statistikası
    Tələbələrin dərs videolarına nə qədər baxdığını izləyin. Baxış göstəricisi mövzunun mənimsənildiyini ölçmür.
  • Sertifikatlar və doğrulama

    Təsdiqlənmiş şablonlardan sertifikat hazırlayın, PDF endirin və yayımlandıqdan sonra QR kod və keçidlə yoxlayın.
    Təsdiqlənmiş şablonlar və öz SVG dizaynınız
    Aktiv, təsdiqlənmiş sertifikat şablonunu seçin və ya öz SVG dizaynınızı təsdiqə göndərin. Şablonların sayı və faylların saxlanması hesabınıza tətbiq olunan hədlərlə bağlıdır.
    Sertifikatın hazırlanması və PDF endirilməsi
    Sertifikatı alıcıya uyğun məlumatlarla qaralama kimi hazırlayın, görünüşünü yoxlayın və PDF endirin. Məzuniyyət sertifikatı üçün tamamlanmış sinif seçilir; yayımlama ayrıca əməliyyatdır.
    QR kod və keçidlə sertifikatın yoxlanması
    Sertifikat yayımlandıqdan sonra doğrulama keçidi aktivləşir. QR kod sahəsi olan şablon həmin səhifəyə aparır; alıcı və sertifikat məlumatları oradan yoxlanılır.

İdarəetmə

Əməkdaşların səlahiyyətlərini, hesab təhlükəsizliyini və abunəliyinizi idarə edin.

  • İstifadəçi rolları və səlahiyyətlər

    Hər istifadəçi yalnız roluna uyğun məlumatları görür və icazə verilən əməliyyatları edir.
    Tələbə və əməkdaşların idarə edilməsi
    Tələbələri və əməkdaşları əlavə edin, hər birinin hansı tədris mərkəzinə və sinfə aid olduğunu müəyyənləşdirin.
    E-poçtla göndərilən dəvətlər
    E-poçtla dəvət göndərin, qəbul olunan və cavab gözləyən dəvətləri izləyin.
    İstifadəçi axtarışı və filtrlər
    Axtarış və filtrlərdən istifadə edərək tələbə və əməkdaşları siyahıda tez tapın.
    Rollar və səlahiyyətlər
    Hər istifadəçiyə roluna uyğun səlahiyyət verin. O, yalnız icazəsi olan məlumat və əməliyyatlarla işləsin.
    Üzvlərin məlumatları və əlavə sahələr
    Üzvlərin şəxsi məlumatlarını və tədris üçün lazım olan əlavə məlumat sahələrini idarə edin.
    Müəllim, mentor və digər əməkdaşlar
    Müəllim, mentor və digər əməkdaşlar arasında iş bölgüsü aparın, hər birinə uyğun rol verin.
    Filialların və üzvlərinin idarə edilməsi
    Filialları və onların üzvlərini eyni hesabdan idarə edin. Fərqli ünvanlardakı dərsləri ayrıca təşkil edin.
  • Valideyn portalı və gündəlik

    Valideynlər övladının davamiyyətini, ev tapşırıqlarını və imtahan nəticələrini izləyir.
    Valideyn portalı və gündəliyə keçidlə baxış
    Valideyn övladının paylaşdığı 24 saatlıq keçidlə hesabına daxil olmadan gündəliyə baxa bilər. Valideyn hesabı ilə davamlı giriş üçün övladla əlaqə təsdiqlənməlidir.
    Valideyn və övlad arasında əlaqənin təsdiqi
    Valideyn və övlad arasında əlaqə sorğusu göndərin, sorğunu təsdiqləyin və ya mövcud əlaqəni ləğv edin.
    Davamiyyət, ev tapşırığı və imtahan nəticələri
    Valideyn gündəlikdə övladının dərsə davamiyyətini, açıqlanmış qiymət və imtahan nəticələrini, ev tapşırıqlarını və müəllim qeydlərini görür. Bu məlumatlar övladın EduPortal-dan istifadə edən müəllim və kurslardakı dərslərinə aiddir.
  • Bildirişlər və elanlar

    Tələbə, valideyn və əməkdaşlara platforma daxilində bildiriş göndərin, kimin oxuduğunu izləyin.
    Kurs, filial və sinif üzrə göndəriş
    Səlahiyyətinizə uyğun olaraq bütün kursa, seçilmiş filiala və ya sinfə elan göndərin.
    Alıcıları özünüz seçin
    Bütün aktiv üzvlərə, müəyyən rollara və ya seçdiyiniz şəxslərə yazın. Tələbələrin təsdiqlənmiş valideynlərini də daxil edin və ya yalnız valideynlərə göndərin.
    Göndəriş tarixçəsi və oxunma vəziyyəti
    Səlahiyyətiniz daxilində göndərilmiş elanları tarix, filial və sinif üzrə tapın, hər bildirişin alıcılarını və kimin oxuduğunu görün.
  • Ehtiyacınıza uyğun paketlər

    Ödənişsiz başlayın. Daha çox istifadəçi, sinif və ya yaddaş lazım olduqda paketinizi dəyişin.
    Ödənişsiz

    İlk qruplarınızla ödənişsiz başlamaq üçün.

    • 11 aktiv istifadəçi · 5 aktiv sinif · 10 GB · 1 filial$0.00/ay
    Peşəkar

    Repetitorlar və kiçik kurslar üçün.

    • 21 aktiv istifadəçi · 10 aktiv sinif · 50 GB · 1 filial$9.99 + ƏDV/ay
    • 41 aktiv istifadəçi · 20 aktiv sinif · 50 GB · 1 filial$14.99 + ƏDV/ay
    • 70 aktiv istifadəçi · 35 aktiv sinif · 50 GB · 1 filial$19.99 + ƏDV/ay
    Akademiya

    Kurslar və tədris mərkəzləri üçün.

    • 100 aktiv istifadəçi · 50 aktiv sinif · 500 GB · 5 filial$49.99 + ƏDV/ay
    • 150 aktiv istifadəçi · 75 aktiv sinif · 500 GB · 5 filial$63.99 + ƏDV/ay
    • 200 aktiv istifadəçi · 100 aktiv sinif · 500 GB · 5 filial$78.99 + ƏDV/ay

    Daha çox istifadəçi, yaddaş və filial seçimləri üçün bütün paketlərə baxın.

  • Təhlükəsiz və iki dildə

    Fayllarınız bulud yaddaşında saxlanılır. Platformadan Azərbaycan və ingilis dillərində istifadə edə bilərsiniz.
    Hesab və dərslərlə bağlı bildirişlər
    Hesabınız və dərslərinizlə bağlı yenilikləri platformadakı bildirişlərdən izləyin.
    İki mərhələli doğrulama
    İki mərhələli doğrulamanı aktivləşdirin. Hesabınıza giriş zamanı əlavə təsdiq tələb olunsun.
    Azərbaycan və ingilis dilləri
    Platformadan Azərbaycan və ya ingilis dilində istifadə edin, istədiyiniz vaxt dili dəyişin.
    Dəstək komandasına müraciət
    Dəstək komandasına hesabınızdan müraciət göndərin və yazışmanı eyni bölmədən davam etdirin.

Qeydiyyatdan ilk dərsə qədər

Hesab yaradın, siniflərinizi əlavə edin və dərslərinizi idarə etməyə başlayın.

Ödənişsiz başlayın
  1. 1

    Hesab növünü seçin

    Qeydiyyatdan keçin. Fərdi müəllim və ya kurs sahibi kimi davam edin.

  2. 2

    Siniflərinizi əlavə edin

    Tədris sahələrini və sinifləri yaradın. Tədris mərkəzi hesabında filialları da əlavə edə bilərsiniz.

  3. 3

    Tələbələrinizi dəvət edin

    Tələbələrə və əməkdaşlara dəvət göndərin, hər birinə uyğun rol verin.

  4. 4

    Tədris edin, imtahan keçirin, izləyin

    Onlayn dərs planlaşdırın, tapşırıq və imtahan verin, davamiyyəti və nəticələri izləyin.

Tez-tez verilən suallar

Axtardığınız cavabı tapa bilmirsiniz? Dəstək komandamıza yazın.

EduPortal nədir və kimlər üçündür?

EduPortal repetitorlar, fərdi müəllimlər və tədris mərkəzləri üçün dərs və tələbə idarəetmə sistemidir. Dərs cədvəli, elektron davamiyyət jurnalı, onlayn imtahanlar, ev tapşırıqları, materiallar, sertifikatlar və valideyn gündəliyi eyni platformada işləyir.

Əyani və qrup məşğələlərini də idarə etmək olar?

Bəli. Fərdi və ya qrup dərsi üçün sinif yaradıb cədvəli, davamiyyəti, materialları və tapşırıqları idarə edə bilərsiniz. Onlayn görüş yaratmaq və Zoom və ya Google Meet hesabı qoşmaq məcburi deyil.

Valideynlər dərslərin nəticələrinə necə baxırlar?

Şagird gündəliyin 24 saatlıq keçidini valideyninə göndərə bilər. Əlaqəsi təsdiqlənmiş valideyn isə öz hesabından övladının ona açıq olan davamiyyətini, tapşırıqlarını, nəticələrini və müəllim qeydlərini izləyir.

Tələbə və valideynlərə elan göndərmək olar?

Bəli. Səlahiyyətinizə uyğun olaraq kurs, filial və ya sinif üzrə platformadaxili bildiriş göndərə bilərsiniz. Bütün aktiv üzvləri, müəyyən rolları və ya ayrı-ayrı şəxsləri seçin; tələbələrin təsdiqlənmiş valideynlərini də daxil edin və ya yalnız valideynlərə göndərin. Göndəriş tarixçəsində alıcıları və oxunma vəziyyətini izləyə bilərsiniz.

Kursum olmadan fərdi müəllim kimi istifadə edə bilərəm?

Bəli. Qeydiyyatdan sonra fərdi müəllim kimi davam edin. Sinif yaradıb tələbələri dəvət edə, onlayn dərs, imtahan və ev tapşırığı verə, davamiyyəti qeyd edə bilərsiniz.

Bir neçə filialı və müəllimi eyni hesabdan idarə etmək olar?

Bəli. Tədris mərkəzi hesabında filialları, tədris sahələrini və sinifləri idarə edə bilərsiniz. Əməkdaşlara və tələbələrə rollarına uyğun səlahiyyətlər verilir. İstifadə hədləri seçdiyiniz paketdən asılıdır.

Pulsuz istifadə etmək olar?

Bəli. Ödənişsiz paketə 11 aktiv istifadəçi, 5 aktiv sinif və 10 GB yaddaş daxildir. Vaxt məhdudiyyəti yoxdur, ödənişli paketə keçmək məcburi deyil. İstifadəçi həddi yalnız tələbə sayını bildirmir; müəllim və digər əməkdaşlar da nəzərə alınır. Daha çox yer lazım olduqda uyğun paketi seçə bilərsiniz.

Google Meet və ya Zoom ilə canlı dərs yarada bilərəmmi?

Bəli. Onlayn dərs yaratmaq səlahiyyətiniz varsa, Google Meet və ya Zoom hesabınızı qoşub görüş keçidi yarada bilərsiniz. Google Meet üçün verilən icazə yalnız istədiyiniz dərs görüşünü yaratmaq üçün, əsas hesab məlumatları isə qoşduğunuz hesabı göstərmək üçün istifadə olunur. Hesabı istənilən vaxt Parametrlər bölməsindən ayıra bilərsiniz.

Qiymətləndirmə necə işləyir?

Sistem avtomatik yoxlana bilən test cavablarını qiymətləndirir. Açıq cavabları müəllim yoxlayır və bal verir. Hər tələbənin imtahan nəticəsini ayrıca izləmək olur.

Tələbələrə sertifikat hazırlamaq olar?

Bəli. Hesab sahibi və səlahiyyətli menecer təsdiqlənmiş şablondan sertifikat hazırlaya, qaralamaya baxıb PDF endirə və sertifikatı yayımlaya bilər. Yayımlandıqdan sonra doğrulama keçidi aktivləşir. QR kod sahəsi olan şablon da həmin yoxlama səhifəsinə aparır. Tələbə öz sertifikatlarını hesabında görür.

Məlumatlarım təhlükəsizdirmi?

Fayl və videolar bulud yaddaşında saxlanılır, onlara giriş istifadəçinin səlahiyyətləri ilə məhdudlaşır. Hesabınız üçün e-poçt təsdiqi və iki mərhələli doğrulama da mövcuddur.

Paketimi dəyişə və ya abunəliyimi ləğv edə bilərəm?

Bəli. Abunəlik ayarlarında başqa paket seçə və ya abunəliyinizi ləğv edə bilərsiniz. Dəyişiklik zamanı qüvvəyə minmə vaxtı və ödəniş şərtləri göstərilir.

Dəstək komandası ilə necə əlaqə saxlaya bilərəm?

Hesabınızdakı dəstək bölməsindən müraciət göndərin və cavabları oradan izləyin. Suallarınızı [email protected] ünvanına da yaza bilərsiniz.

Ehtiyacım olan imkanı təklif edə bilərəm?

Bəli. İşinizi asanlaşdıracaq bir imkana ehtiyacınız varsa, dəstək komandasına yazın. Qəbul etdiyimiz təklifləri ayrıca hazırlanma haqqı almadan platformaya əlavə etməyi nəzərdə tuturuq. Hər təklif ayrıca qiymətləndirilir; qəbul olunacağına və müəyyən tarixdə hazırlanacağına zəmanət verilmir.

Növbəti dərsiniz bu gün başlaya bilər

İndi başlayın