Kurslar və tədris mərkəzləri üçün
Tədris mərkəzinizi bir paneldən idarə edin
EduPortal kurs və tədris mərkəzləri üçün dərs və tələbə idarəetmə sistemidir. Filialları, müəllimləri və qrupları eyni hesabda təşkil edin; dərs cədvəlini, davamiyyəti, onlayn imtahanları və ev tapşırıqlarını siniflər üzrə izləyin. Əməkdaşlar öz səlahiyyətləri ilə işləyir, valideynlər övladlarına aid açıqlanmış nəticələri gündəlikdən görür. Platforma Azərbaycan və ingilis dillərində işləyir.
Tədris mərkəzinin gündəlik işlərini necə idarə etmək olar?
Filiallar və siniflər
Hər filialın tədris sahələrini və siniflərini təşkil edin. Müəllim təyinatını və qrupların cədvəlini eyni strukturda saxlayın; bir neçə filialın dərsləri bir-birinə qarışmasın.
Tələbələr və əməkdaşlar
Müəllimləri, mentorları və tələbələri dəvət edin. Menecerə filialına, müəllimə dərslərinə uyğun giriş verin. Hər əməkdaş ona açıq olan bölmələrdə işləsin.
Dərs cədvəli və davamiyyət
Siniflərin dərs günlərini və saatlarını hazırlayın. Hər dərs üçün iştirak edənləri, gecikənləri və üzrlü və ya üzrsüz dərsi buraxanları elektron jurnalda qeyd edin. Sonradan həmin sinfin tarixçəsinə baxın.
Onlayn dərslər və qiymətləndirmə
Zoom və ya Google Meet ilə onlayn görüş planlaşdırın. Eyni sinfə imtahan və ev tapşırığı verin; təhvil verilmiş işləri, müəllim yoxlamasını gözləyən cavabları və açıqlanmış nəticələri izləyin.
Valideynlər üçün gündəlik
Valideynlər övladlarının paylaşdığı keçidlə və ya əlaqələndirilmiş valideyn hesabından davamiyyətə, tapşırıqlara, nəticələrə və müəllim qeydlərinə baxa bilirlər.
Sertifikat hazırlama və yoxlama
Təsdiqlənmiş şablondan tələbəyə uyğun sertifikat hazırlayın, PDF endirin və yayımlayın. QR kod və doğrulama keçidi ilə yayımlanmış sertifikatın məlumatlarına baxmaq olur.
Tədris göstəriciləri
Davamiyyətə, imtahan nəticələrinə və video baxış statistikasına sinif və tələbə üzrə baxın.
İstifadəyə necə başlamaq olar?
- 01
Pulsuz hesab yaradın və kurs sahibi kimi davam edin.
- 02
Filialları və sinifləri yaradın, əməkdaşları dəvət edin.
- 03
Tələbələri əlavə edin, dərs cədvəlini hazırlayın və tədrisə başlayın.
İstifadə nümunəsi
İki filialı və bir neçə müəllimi olan kursun iş axını
Məsələn, iki filialda fərqli qruplarla işləyirsiniz. Filialları, sinifləri və əməkdaşları kurs hesabında təşkil edin; hər əməkdaş öz roluna və səlahiyyətlərinə uyğun məlumatlarla işləsin.
- 01
Qrupları və komandanı təşkil edin
Filialları və sinifləri yaradın, müəllimləri və tələbələri dəvət edin. Dərs cədvəlini hər sinif üçün ayrıca hazırlayın.
- 02
Gündəlik tədrisi izləyin
Müəllimlər öz siniflərində davamiyyəti qeyd edir, tapşırıq və imtahan verir. Səlahiyyətli əməkdaşlar aid olduqları siniflərin qeydlərinə və nəticələrinə baxır.
- 03
Nəticələri və istifadə hədlərini yoxlayın
Davamiyyətə və qiymətləndirməyə siniflər üzrə baxın. Yeni filial və qruplar açmazdan əvvəl paketinizin istifadəçi, aktiv sinif, filial və yaddaş hədlərini nəzərdən keçirin.
Kurs idarəetmə sistemi seçərkən yaranan suallar
EduPortal kurs tapmaq üçün saytdır?
EduPortal müəllim və tədris mərkəzlərinin öz dərslərini və tələbələrini idarə etməsi üçün proqramdır. Dərs vermək və tələbə qəbulu ilə müəllim və ya tədris mərkəzi məşğul olur.
Bir neçə filialı eyni hesabdan idarə etmək olar?
Bəli. Kurs hesabında filiallar, tədris sahələri və siniflər yarada bilərsiniz. Filial sayına və digər istifadə hədlərinə qiymətlər səhifəsində baxın.
Hər müəllimə ayrıca giriş vermək olar?
Bəli. Müəllimləri dəvət edib onlara uyğun rol verə bilərsiniz. Hər əməkdaş öz səlahiyyətləri daxilində işləyir.
Kiçik kurs üçün hansı paket uyğundur?
Əvvəl tələbə və əməkdaşlarınızın sayını, aktiv sinifləri, filialları və lazım olan yaddaşı müəyyənləşdirin. Bunları qiymətlər səhifəsindəki paketlərlə müqayisə edin. İstifadəçi həddi yalnız tələbələrə aid deyil; əməkdaş hesabları da nəzərə alınır. Ödənişsiz paketlə başlayıb ehtiyac artdıqda uyğun paketi seçə bilərsiniz.
Valideynlər nəticələrə necə baxırlar?
Tələbə gündəliyin 24 saatlıq keçidini valideyninə göndərə bilər. Davamlı giriş üçün valideyn hesabı ilə övlad arasında əlaqə təsdiqlənir. Valideyn övladının ona açıq olan davamiyyət qeydlərini, tapşırıqlarını, nəticələrini və müəllim qeydlərini görür.
Sistem yalnız onlayn dərslər üçün nəzərdə tutulub?
Xeyr. Əyani dərslərin cədvəlini, davamiyyətini, imtahanlarını və ev tapşırıqlarını da EduPortal-da idarə edə bilərsiniz. Zoom və Google Meet bağlantısı onlayn görüş yaratmaq istəyənlər üçün əlavə imkandır.
Kursun məlumatlarını sistemə necə əlavə edirik?
Kurs hesabında filialları və sinifləri yaradıb əməkdaşları və tələbələri dəvət edirsiniz. Başlanğıcda sualınız yaranarsa, hesabınızdakı dəstək bölməsindən və ya [email protected] ünvanından kömək istəyə bilərsiniz.
Kursu bitirən tələbələrə sertifikat hazırlamaq olar?
Bəli. Hesab sahibi və səlahiyyətli menecer tamamlanmış sinif üçün məzuniyyət sertifikatlarını qaralama kimi hazırlayıb yoxladıqdan sonra yayımlaya bilər. PDF endirmək və yayımlanmış sertifikatı QR kod və keçidlə yoxlamaq mümkündür.
Paketin qiyməti tələbənin dərs haqqıdır?
Xeyr. Qiymətlər səhifəsindəki məbləğlər EduPortal-dan istifadə üçün abunəlik haqqıdır. Tədris mərkəzinin öz tələbələri ilə dərs haqqı və ödəniş razılaşmaları ayrıca müəyyənləşdirilir.
