Repetitorlar və fərdi müəllimlər üçün

Dərslərinizi və tələbələrinizi bir yerdən idarə edin

EduPortal repetitor və fərdi müəllimlərə öz tələbələrini, qruplarını və dərslərini idarə etməyə kömək edir. Dərs cədvəli hazırlayın, davamiyyəti qeyd edin, onlayn test və ev tapşırığı verin, dərs materiallarını paylaşın. İstifadəyə başlamaq üçün tədris mərkəzinizin olması lazım deyil.

Tələbələrinizə daha çox vaxt ayırın

Siniflər və tələbələr

Sinif yaradın, tələbələri dəvət edin. Hər qrupun dərsləri, materialları və nəticələri ayrıca saxlanılsın.

Dərs cədvəli və davamiyyət

Dərslərin gününü və saatını seçin. Kimlərin iştirak etdiyini və hansı dərslərin buraxıldığını qeyd edin.

Onlayn dərslər və videolar

Zoom və ya Google Meet ilə onlayn görüş yaradın. Videoları və dərs materiallarını sinifdə paylaşın.

Testlər və ev tapşırıqları

Onlayn imtahan və tapşırıqlar hazırlayın. Test cavablarını avtomatik yoxlayın, yazılı işləri özünüz qiymətləndirin.

Valideyn üçün gündəlik

Valideyn övladının davamiyyətinə, tapşırıqlarına və nəticələrinə paylaşılmış keçidlə və ya valideyn hesabından baxa bilir.

Ehtiyacınıza uyğun paket

Ödənişsiz paketlə ilk qruplarınızı yaradın. İstifadəçi, sinif və yaddaş ehtiyacınız artdıqca paketləri müqayisə edin. Kurs hesabına keçmək üçün dəstək komandasına yaza bilərsiniz.

İstifadəyə necə başlamaq olar?

  1. 01Pulsuz hesab yaradın və fərdi müəllim kimi davam edin.
  2. 02İlk sinfinizi yaradın və tələbələri dəvət edin.
  3. 03Dərs cədvəlini hazırlayın, davamiyyəti qeyd edin, tapşırıq və imtahan verin.

Repetitorların tez-tez verdiyi suallar

Pulsuz istifadə etmək olar?

Bəli. Ödənişsiz paketlə vaxt məhdudiyyəti olmadan başlaya bilərsiniz. İstifadəçi, aktiv sinif və yaddaş hədlərini qiymətlər səhifəsində müqayisə edin.

EduPortal mənə tələbə tapır?

EduPortal öz tələbələrinizi və dərslərinizi idarə etməyə kömək edir. Yeni tələbə tapmaq və dərsləri təşkil etmək müəllimin öz üzərinə düşür.

Sonradan kurs hesabına keçmək olar?

Qeydiyyatdan sonra fərdi müəllim və ya kurs sahibi kimi davam etməyi seçirsiniz. Hesab növünü dəyişmək üçün dəstək komandası ilə əlaqə saxlayın. İstifadə hədləri seçdiyiniz paketdən asılı olaraq qalır.

Repetitor testləri avtomatik yoxlaya bilər?

Bəli. İmtahanda avtomatik yoxlana bilən test suallarından istifadə edə bilərsiniz. Açıq cavabları müəllim qiymətləndirir. İmtahanın müddətini və nəticələrin nə vaxt görünəcəyini ayrıca seçirsiniz.

Kurs və ya tədris mərkəzinə rəhbərlik edirsiniz? Tədris mərkəzləri üçün imkanlara baxın