Ana səhifəOnlayn imtahan və testlər

Onlayn imtahan və testlər

İmtahan hazırlayın, testləri avtomatik yoxlayın

Repetitorlar və tədris mərkəzləri EduPortal-da öz sinifləri üçün onlayn imtahan yarada bilirlər. Sualları hazırlayın və ya hazır şablondan istifadə edin, imtahanın vaxtını seçib yayımlayın. Sistem avtomatik yoxlana bilən cavabları qiymətləndirir, açıq cavabları isə müəllim yoxlayır.

Pulsuz hesab yaradın

Onlayn imtahan necə keçirilir?

  1. 01

    Sualları hazırlayın

    Sinifdə imtahan yaradın, sualları və cavab variantlarını əlavə edin. Eyni suallardan yenidən istifadə etmək üçün imtahan şablonu da hazırlaya bilərsiniz.

  2. 02

    Vaxtı seçib imtahanı yayımlayın

    İmtahanın başlama vaxtını, müddətini və iştirak qaydalarını təyin edin. Yayımladıqdan sonra tələbələr imtahanı görə bilirlər.

  3. 03

    İştirakı izləyin

    Kimlərin imtahana qoşulduğunu, işini tamamladığını və hansı işlərin qiymətləndirmə gözlədiyini görün.

  4. 04

    Nəticələri qiymətləndirin

    Avtomatik yoxlanmış cavabların nəticələrinə baxın, açıq cavablara bal verin və sinfin ümumi nəticəsini izləyin.

İmtahan haqqında hansı məlumatlar görünür?

İştirak, orta bal və keçid faizi

Sinif üzrə iştirak faizinə, qiymətləndirilmiş işlərin orta balına və keçid göstəricilərinə baxın.

Müəllim yoxlaması gözləyən işlər

Açıq cavabları olan işlər ayrıca görünür. Müəllim bu cavabları imtahan bitdikdən sonra qiymətləndirir.

İmtahan və tapşırıqlar üçün ayrı bölmələr

İmtahanları və ev tapşırıqlarını eyni sinif daxilində, özlərinə aid bölmələrdən idarə edin.

8 sual növü

Bir və ya bir neçə düzgün cavablı test, açıq cavab, boşluqları doldurma, doğru/yanlış, doğru/yanlış/verilməyib, uyğunlaşdırma və ardıcıllıq sualları hazırlayın. Suallara şəkil, səs və video əlavə edə bilərsiniz.

Onlayn imtahan haqqında suallar

Bütün cavabları sistem yoxlayır?

Xeyr. Sistem avtomatik yoxlana bilən test cavablarını qiymətləndirir. Açıq cavabları müəllim yoxlayıb bal verir.

İmtahanı yayımlamadan saxlamaq olar?

Bəli. Qaralama kimi saxlayıb sualları və digər məlumatları sonradan tamamlaya bilərsiniz.

Nəticələri sinif üzrə görmək olar?

Bəli. Sinfin iştirakını, orta balını və qiymətləndirmə vəziyyətini imtahan göstəricilərindən izləyə bilərsiniz.

Yaradılan imtahanların sayına məhdudiyyət var?

İmtahan sayı üçün ayrıca məhdudiyyət yoxdur. Aktiv istifadəçi, sinif, filial və yaddaş hədləri seçilən paketdən asılıdır. Şəkil, səs və video faylları paketdəki yaddaşdan istifadə edir.

Digər tədris imkanları