Marketpleyslərdə sürətli başlanğıc

Sadə və praktik təlim

Çətin nəzəriyyə yoxdur, hər şey real nümunələr və addım-addım izahlarla təqdim olunur.

Canlı dərslər və real dəstək

Təlim zamanı suallarınızı birbaşa verə və dərhal cavab ala bilərsiniz.

Marketplace-lərlə işləməyi öyrədən ilk oflayn proqram

Yerli bazar və real şərtlərə uyğunlaşdırılmış praktika.

Hər kəs marketpleyslərdə qazana bilər

Sello proqramı fiziki mağaza sahibləri, fərdi sahibkarlar, əl işləri ilə məşğul olanlar, yerli istehsalçılar və məhsullarını internet üzərindən satmaq istəyən, lakin haradan başlayacağını bilməyən hər kəs üçün nəzərdə tutulub. Xüsusilə heç vaxt marketplace-lərdə işləməyən, rəqəmsal alətlərdən çəkinən və ya daha əvvəl cəhd edib uğur əldə etməyən şəxslərə tövsiyə olunur. Əgər siz onlayn satışın əsaslarını öyrənmək, yeni satış kanallarını açmaq və işə başlamaq üçün dəstək almaq istəyirsinizsə — bu təlim məhz sizin üçündür.

89% satıcılar

Statistik məlumatlara görə, 2023-cü ildə marketpleyslərdə satış həcmini artırıblar.

İlk ayda 1 800 manat

Orta hesabla yeni başlayan satıcılar qazandıqları məbləğ.


Təlimin sonunda nələri əldə edəcəksiniz?

Praktik bilik və bacarıqlar

Təlimin sonunda siz məhsul seçimi, marketplace-də qeydiyyat, məhsul kartının yaradılması, çatdırılma və müştəri xidməti kimi onlayn satışın əsas mərhələlərini əhatə edən praktik və tətbiq edilə bilən biliklərə sahib olacaqsınız.

Hazır satış profili və real nəticə

Təlim ərzində əldə etdiyiniz biliklərlə öz məhsul kartlarınızı yaradacaq, marketplace-də hesab açacaq və ilk onlayn satış addımlarınızı atmağa hazır olacaqsınız.

Sertifikat və dəstək

Kursu uğurla bitirdikdən sonra sizə rəsmi sertifikat təqdim olunacaq, həmçinin satışa başlayarkən qarşılaşa biləcəyiniz çətinliklərdə mentor dəstəyi ilə müşayiət olunacaqsınız.

Nələri öyrənəcəksiniz

Bazar təhlili

Öz məqsədlərinizə uyğun marketpleysi seçməyi bacaracaqsınız. Analitik xidmətlərdən istifadə edib tələb olunan məhsulları müəyyənləşdirməyi öyrənəcəksiniz.

Məhsulun qiymətini müəyyənləşdirmək

Unit-iqtisadiyyatı hesablamağı və komissiyaları nəzərə almağı öyrənəcəksiniz. Gəlirə zərər vermədən aksiyaları necə keçirməyi başa düşəcəksiniz.

Mağazanın gəlirliliyini artırmaq

Cəlbedici məhsul kartları hazırlamağı, məhsulun marketpleys anbarlarına və alıcılara vaxtında çatdırılmasını nəzarətdə saxlamağı öyrənəcəksiniz. Orta çekin artırılması, yeni platformalara çıxış və biznesin genişləndirilməsi yollarını anlayacaqsınız.

Təbliğat strategiyası hazırlamaq

Marketpleyslərin əsas reklam alətlərini öyrənəcəksiniz. Satış hunisini idarə edə biləcəksiniz.

Məhsulu reallaşdırmaq

Məhsul kartları hazırlamağı və çatdırılmanın keyfiyyətinə nəzarət etməyi öyrənəcəksiniz.

Alıcılarla işləmək

Mənfi rəylərə düzgün cavab verməyi öyrənəcək, şərhlərdən və qiymətləndirmələrdən dəyərli məlumatlar almağı bacaracaqsınız.

Tez-tez verilən suallar

1. Təlimin qiyməti nə qədərdir?

— Təlim tamamilə pulsuzdur. Bütün xərclər tərəfdaşlarımız və sponsorlarımız tərəfindən qarşılanır.

2. Onlayn satış təcrübəm yoxdur. Kurs mənə uyğundurmu?

— Bəli! Bu kurs sıfırdan başlamaq istəyənlər üçün hazırlanıb.

3. Təlim onlayndır, yoxsa oflayn?

— Bütün dərslər canlı və oflayn şəkildə keçirilir. Sual vermək və birbaşa kömək almaq imkanınız olacaq.

4. Xüsusi biliklərə, noutbuka və ya smartfona ehtiyac var?

— Sadəcə əsas telefon və ya kompüter istifadə bacarığı kifayətdir. Qalan hər şeyi biz öyrədəcəyik.

5. Təlimdən sonra nə olacaq?

— Siz ilk məhsul kartlarınızı yaradacaq, marketplace-lərdə qeydiyyatdan keçəcək və satışa başlayacaqsınız.

6. Marketplace-də qeydiyyata kömək edirsinizmi?

— Bəli, kurs çərçivəsində sizi addım-addım yönləndiririk və dəstək göstəririk.

7. Sertifikat verilir?

— Bəli, təlimi uğurla bitirdikdən sonra sertifikat əldə edəcəksiniz.

8. Dərslər harada keçirilir?

— Şəhər mərkəzində rahat məkanda. Tam ünvan qeydiyyatdan sonra təqdim olunacaq.